İQTİSADİYYAT


İsmayıllıda qədim tarixə malik kəndlərə aparan yollar yenidən qurulur

Dövlət başçısının Sərəncamına əsasən, İsmayıllı rayonunda 4 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrindən başlanğıcını götürən Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirlib ki, ümumi uzunluğu 25 kilometr olan yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə-Kürdüvan-Xankəndi-Mücü və Sərsurə-Kələzeyvə-Sulut kəndləri istiqamətləridir.