CƏMİYYƏT


Tovuzda Ermənistan ordusunun artilleriya zərbələri ilə dağıtdığı evlər bərpa olunub

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatdan bir il ötür.Erməni ordusu həmin ərəfədə mülki əhalini də hədəfə alaraq Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Hacallı və digər kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdu. Mərmiyə ən çox tuş gələn isə Ağdam kəndi olmuşdu. Bu təxribat nəticəsində kənd sakini Əziz Əzizov həlak olmuş, mülki obyektlərə külli miqdarda ziyan dəymişdi. Təkcə Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşmüşdü.