Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

16.10.2026 [11:10]

Xəbərin mətni

Bu il Ümumdünya Qida Günü “Bu gün innovasiya et, sabahı qidalandır” şüarı altında qeyd olunur. Şüar dayanıqlı kənd təsərrüfatının inkişafının, ərzaq itkilərinin və israfının azaldılmasının, eləcə də əhalinin sağlam və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasının əhəmiyyətini vurğulayır. FAO-nun hesabatına əsasən, 2025-ci ildə dünyada 645 milyon insan aclıqdan əziyyət çəkib, 2 milyarddan çox insan isə sağlam qidalanmanı maddi baxımdan təmin edə bilməyib. Bu göstəricilər qlobal ərzaq təhlükəsizliyinin hələ də ciddi çağırışlarla üzləşdiyini göstərir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 16 Oktyabr- Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.