CƏMİYYƏT


Sabirabadlı gənclər qalib ordu sıralarında xidmətə ruh yüksəkliyi ilə yollanıblar

Sabirabadda bir qrup çağırışçı gənc vətənə borcunu yerinə yetirmək üçün xidmətə yollanıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə rayonda çağırışçıların yolasalma mərasimi keçirilib. Bayraq meydanında keçirilən tədbirdə əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edənlər çağırışçılara uğurlar arzu ediblər. Ordu quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin ideyaları, eləcə də Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ordumuzun daim möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı bir daha nəzərə çatdırılıb.