İQTİSADİYYAT


Xaçmazlı təsərrüfatçılar şaftalının bir kiloqramını 50-90 qəpiyə satırlar

Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 50-90 qəpiyə satırlar. Amma ötən illərə nisbətən meyvənin alıcılıq qabiliyyəti aşağı düşüb. Təsərrüfatçılar bunu Rusiya bazarlarına az məhsul göndərilməsi ilə əlaqələndirirlər.