CƏMİYYƏT
İyirmi bir yaşında şəhidlik zirvəsinə ucalan Afərin Qulamzadə
15.07.2021 [10:45]
Xəbərin mətni
Qırx dörd günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid Afərin Qulamzadədir.
AZƏRTAC xəbər verir ki, 21 yaşında şəhidlik zirvəsinə ucalan Afərinin ötən gün doğum günü idi.
Lənkəran rayonunun Mamusta kəndində 1999-cu il iyulun 13-də dünyaya göz açan Afərin Qulamzadə Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və şəhidlik zirvəsinə yüksələn oğullarımızdandır. Füzuli əməliyyatlarından başlayaraq Xocavənd döyüşlərində iştirak edən cəsur döyüşçü düşmənin çoxlu sayda canlı qüvvəsinin məhvində yaxından iştirak edib.