Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir
16.10.2026 [13:57]
Xəbərin mətni
Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Hazırda ölkəmizə idxal olunan istənilən heyvan yemləri və əlavələri Azərbaycana idxal olunmamışdan öncə bütün təhlükəsizlik göstəricilərinə görə qeydiyyatdan keçirilməlidir. Əks təqdirdə həmin məhsulların ölkəmizə idxalı qadağandır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.