Gədəbəydə şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib
17.07.2021 [10:21]
Xəbərin mətni
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Gədəbəy rayonunda şəhid və qazi ailələri üçün tibbi xidmət göstərilib.AZƏRTAC xəbər verir ki, yüksəkixtisaslı oftalmoloji yardım göstərmək üçün müasir diaqnostik avadanlıqlarla təchiz olunan səyyar avtomobildə klinikanın həkimləri iyulun 15-16-da 134 nəfərin müayinəsini aparıb, müalicələr təyin edib və məsləhətlər veriblər.