CƏMİYYƏT


Şəki və Yevlaxda 19 kilometrlik 4 kəndin yolu yenidən qurulub

Dövlət başçısının tapşırığına uyğun olaraq, yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı verdiyi tapşırığa əsasən, Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində 10 kənd yolu layihəsinin icrasına başlanılıb.Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq həmin kənd yollarının bir-çoxunda yenidənqurma işləri tamamlanıb. Bu, Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kəndlərinin, Yevlax rayonunda isə Qaraoğlan və Quşçu kəndlərinin yollarıdır.