CƏMİYYƏT


Göyçayda şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anım mərasimi keçirilib

Göyçayda Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Vidadi Xəlilovun doğum günü ilə əlaqədar rayondakı Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub. Mərasimdə rayon rəsmiləri, “N” sayılı hərbi hissənin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə şəhər parkının giriş hissəsində yerləşən monitorda Vidadi Xəlilova həsir olunan videoçarxa baxıblar. Şəhidlər xiyabanında polkovnik-leytenant Vidadi Xəlilovun məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb. Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.