FHN: Xocavənd rayonunda minalanmış sahədə baş vermiş yanğın söndürülüb
17.07.2021 [12:36]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat verilib.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında nazirliyin müvafiq qüvvələri dərhal yanğının baş verdiyi əraziyə cəlb olunub.