CƏMİYYƏT


Şəhid Ağamir Ağayevin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsində könüllü olaraq döyüşlərə yollanan Ağamir Ağayevin doğum günündə xatirəsi məzarı yanında anılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ruhuna dualar oxunub, qısa, şərəfli döyüş yolu haqqında danışılıb. Bildirilib ki, Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Çünki onun ailəsi hələ 1993-ci ildə erməni təcavüzü zamanı öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən köçkün düşüb.1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb.