İDMAN


Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinə start verilib

İyulun 23-də Abşeron Olimpiya İdman Kompleksində şəhid jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 150-dən çox idmançı qatılıb. Turnirdə ümumilikdə 20-dən çox idman klubu təmsil olunur.