İDMAN


Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub.AZƏRTAC xəbər verir ki, komandamızın keçidi zamanı Azərbaycanın dövlət bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fərid Əzizova daşıyıblar.Azərbaycan dörd illiyin zirvə yarışına 44 idmançı ilə qatılıb. Atletlərimiz “Tokio-2020”də idmanın 13 növü üzrə mübarizə aparacaqlar.