İDMAN


Yaponiyanın tanınmış caz ifaçısı yutub kanalında Olimpiadada Azərbaycan yığmasını dəstəkləməyə çağırıb

Yaponiyanın tanınmış caz ifaçısı Kyoko Yamamoto yutub kanalında izləyicilərini Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasını dəstəkləməyə çağırıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, K.Yamamotonun iyulun 23-də paylaşdığı video “Mən Azərbaycan komandasını dəstəkləyirəm! Sizi Tokio Olimpiya Oyunlarında fəal iştiraka çağırıram. Yaşa, yaşa, Azərbaycan!” sözləri ilə başlayır.