Taqım, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib
29.07.2021 [18:43]
Xəbərin mətni
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım komandirləri, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib.
Yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.