İDMAN


Yaponiya saytı Azərbaycan karateçisi İrina Zaretskayanın Atletlər kəndi haqqında “YouTube” kanalında paylaşımını yayıb

Yaponiyada da yaxşı tanınan Azərbaycan idmançısının Atletlər kəndində keçirdiyi ikinci gün barədə paylaşımı yaponların da diqqətini cəlb edib. Tokioda keçirdiyi ikinci gün barədə məlumat verən İrina səhər tezdən məşqlərə başladığını, çox böyük ərazini əhatə edən Atletlər kəndində açıq havada gəzintidən sonra Yaponiya paytaxtının məşhur “Budokan” idman sarayında digər azərbaycanlı karateçilərlə məşq etməsi barədə məlumat verib.