Şabran rayonunda Padar avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır
05.08.2021 [12:45]
Xəbərin mətni
Prezident İlham Əliyevin yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə də respublika üzrə müxtəlif yol infrastrukturu layihələri həyata keçirilir ki, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlardan biri də respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan və Padar kəndinə gedən avtomobil yoludur.