İQTİSADİYYAT


“Sətti” özüqalxan qazma qurğusu dənizə yola salınıb

Avqustun 9-da “Kaspian Drilinq Kompani Limited” şirkətinin (CDC) müasir dəniz və logistika bazasında Qazaxıstanın “Sətti” özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərini həyata keçirmək üçün dənizə yola salınması ilə əlaqədar təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, cari ilin iyun ayında “CDC” şirkətinin idarəetməsi altında “Sətti” qurğusunun modifikasiyası başa çatıb. Sözügedən modifikasiya nəticəsində qurğunun texniki göstəricilərinin daha da yaxşılaşdırılması onun rəqabətlilik səviyyəsini artırıb.