İDMAN


Gəncənin 60 ildir futbola azarkeşlik edən sakini - “Arxiv Zahid”

Futbol dünyanın ən çox sevilən və izləyici kütləsi olan populyar idman növlərindən biridir. Milyonlarla insan futbola azarkeşlik edir. Ölkəmizdə də futbol fanatları az deyil. Kiçikdən-böyüyə hər kəsin diqqətinə cəlb edən bu idman növünün qocaman fanatlarında biri də 68 yaşlı Gəncə sakini Zahid Hüseynovdur.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zahid Hüseynov futbolla aid aksessuarlar, formalar və digər əşyalar toplamaqla yanaşı, ötən əsrin əvvəllərində nəşr olunan və bu idmandan bəhs edən bir çox jurnal və kitabları da evində saxlayaraq, sanki bir arxiv yaradıb.