İQTİSADİYYAT


Hərəkətin intensiv olduğu daha bir yol kəsişməsində nəqliyyat şəraiti yaxşılaşdırılıb

Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti araşdırmalar Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələri ilə kəsişməsində aparılıb. A.Bakıxanov küçəsi Bakı şəhərinin əsas yol şəbəkələrindən biridir. Adıçəkilən küçənin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən gün ərzində 50.000-dən artıq nəqliyyat vasitəsi keçir ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sola dönərək “Gənclik” metro stansiyasına istiqamətlənir. Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmaması səbəbindən xaotik vəziyyət yaranır. Həyata keçirilmiş dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçəsinin kəsişməsində svetofor obyektləri quraşdırıb, eyni zamanda kəsişmədə üfuqi nişanlanma xətti ilə sarı tor çəkilib.