İDMAN


Üzgüçümüz Raman Saleh Tokio Paralimpiadasında ikinci qızıl medalını qazanıb

100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında çıxış edən idmançımız məsafəni 52,69 saniyəyə qət edərək ikinci dəfə “Tokio-2020”nin qalibi olub.
R.Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında da ölkəmizin aktivinə qızıl medal yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.