İQTİSADİYYAT


Azərbaycan haqqında təqdimat yapon iş adamları tərəfindən maraqla qarşılanıb

Tokionun Şinaqava rayonunda yerləşən “Prince“ otelində yapon iş adamlarının “LDS Group” şirkəti tərəfindən təşkil edilən toplantıda Azərbaycan haqqında təqdimat böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri xəbər verir ki, tədbirdə “TET International Development Co.Ltd.” şirkətinin təsisçisi və prezidenti, tanınmış yapon iş adamı Taro Savada ölkəmiz haqqında xüsusi təqdimatla çıxış edib.