İDMAN


Paralimpiyaçılarımızın Tokioda qazandığı uğurlardan bəhs edən videoçarx hazırlanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Multimedia Mərkəzi paralimpiyaçılarımızın Tokio Paralimpiadasında uğurlarını özündə əks etdirən xüsusi videoçarx hazırlayıb.ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda idmançılarımızın uğurlarından bəhs edilib, komandamızın qazandığı böyük qələbədən söhbət açılıb.