SİYASƏT


Milli Məclisin sədri Vyanada Polşa Senatının sədri ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Polşa Senatının sədri Tomas Qrodzki ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Sahibə Qafarova Azərbaycanla Polşa arasında əlaqələrin inkişafından söz açıb. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayan Milli Məclisin sədri Qafarova Azərbaycan və Polşanın bir çox sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinə malik olduqlarını qeyd edib.