Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

07.10.2026 [16:37]

Xəbərin mətni

Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesində bu günədək əldə edilmiş irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının regionun sabitliyinə və rifahına mühüm töhfə verəcəyinə inanırıq. Bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu Bakı Dialoqu formatında IV beynəlxalq konfransın plenar sessiyasında çıxışı zamanı deyib.