SİYASƏT


Azərbaycan və Türkiyə hərbi rəhbərliyi “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərini izləyiblər

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən  "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak  etmək üçün Konya şəhərinə gəliblər.