Qusarın dağlıq ərazidə yerləşən Urva kəndi suvarma suyu ilə təmin olunub
15.09.2021 [12:00]
Xəbərin mətni
Qusar rayonunun dağlıq yaşayış məntəqələrindən olan Urva kəndi ilk dəfə suvarma suyu ilə təmin edilib.Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirini bildirilib ki, bu məqsədlə Urva elektrik nasos stansiyası istifadəyə verilib. Bir aqreqatlı nasos vasitəsilə Cağar-Cibir kanalından götürülən su kənd ərazində yaradılan gölə ötürülür, daha sonra isə duruldularaq torpaq mülkiyyətçilərinin istifadəsinə verilir. Həmin sudan suvarma ilə yanaşı, içməli su kimi də istifadə edilir.