Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarlı təsərrüfatçılar kartof sahələrində bol məhsul yetişdiriblər

20.09.2021 [17:05]

Xəbərin mətni

Qusarlı təsərrüfatçılar bu günə kimi kartof sahələrindən 20 min tondan çox məhsul toplayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər aran ərazilərdə kartof yığımını başa çatdırıblar. Sentyabr ayının ikinci ongünlüyündən isə dəmyə torpaqlarda yığıma başlayıblar. Bu il kartof sahələrində bol məhsul yetişib.