MƏDƏNİYYƏT


Ukraynanın Mirqorod şəhərində Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olunub

Ukraynanın Mirqorod Şəhər Günü və şəhərin alman faşistlərindən azad olunmasının 78-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində Ukraynada yaşayan etnik xalqların iştirakı ilə keçirilən milli mədəniyyət festivalının açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Mirqorod şəhərinin meri Sergey Solomaxa, səfirliyimizin müşaviri Sabir Rzayev, Azərbaycanın və digər ölkələrin diaspor fəalları, şəhər sakinləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır