İQTİSADİYYAT


Xızıda 4300 metr uzunluqda qapalı suvarma kanalı çəkilir

Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində son illər 9989 hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar təşkil edirdi.
Xızı Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezidentin Sərəncamı əsasında “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində rayonda nəzərəçarpacaq işlər görülüb. Bu tədbirlər nəticəsində rayonda suvarılan sahələr 12 min 959 hektara çatdırılıb.