SİYASƏT


Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.
Təlimin senarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.
Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.