Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Kənan Dadaşzadənin anım mərasimi keçirilib

08.10.2021 [12:59]

Xəbərin mətni

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan  azad edilməsi  uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə "Şəhidlər ölməz - Vətən bölünməz!" tədbirlər silsiləsinin növbəti anım mərasimi keçirilib.
Şəhid Kənan Dadaşzadənin xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.