İDMAN


“Pekin-2022” Qış Olimpiya Oyunlarının sınaqları başlayıb

Gələn ilin fevralında Pekində keçiriləcək növbəti Qış Olimpiya və Paralimpiya oyunlarının sınaqları başlayıb.
AZƏRTAC oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, dekabrın sonunadək davam edəcək sınaqlar zamanı yerli və xarici idmançılar, texniki heyət Pekin və bəzi yarışların keçiriləcəyi Canciakou şəhərindəki arenalarda yarış elementlərini, eləcə də avadanlığı, yarış əməliyyatlarının və fövqəladə vəziyyətlərin idarəolunmasını sınaqdan keçirəcəklər. Sınaqlara xaricdən təxminən 2 min idmançı və texniki işçi cəlb olunacaq.