RƏSMİ


Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb.