İQTİSADİYYAT


İmişli: doqquz ayda 396,6 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib

İmişli Suvarma Sistemləri İdarəsi 54291 hektar suvarılan sahəyə xidmət edir. İdarənin əsas vəzifəsi balansda olan suvarma sistemlərinin normal iş rejimində qorunub saxlanılmasını təmin etmək, istismar tədbirləri planına uyğun olaraq suvarma kanallarının lildən təmizlənməsini, o cümlədən əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdən ibarətdir.