Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə qardaşlığı Ankarada keçirilən mərasimdə yüksək dəyərləndirilib

19.10.2021 [11:40]

Xəbərin mətni

Ankarada 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, qardaş ölkədə təhsil alan kursantlarımız, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI