İQTİSADİYYAT


Qusarın intensiv alma bağlarının məhsulu Rusiya bazarlarına çıxarılır

Quba, Qusar və Xaçmaz rayonlarının alma bağlarında kütləvi məhsul yığımı davam edir. Məhsul toplanması ilə yanaşı, sahibkarlar almanın xarici bazarlarda satışını təşkil edirlər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Qusar rayonunun intensiv və superintensiv alma bağlarında bol məhsul yetişib.Rayonun Kuzunqışlaq kəndində 100 hektardan çox sahədə salınan meyvə bağlarından toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Burada almanın “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji”, “Brebrun” və digər növləri becərilir.