RƏSMİ


Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıq

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.