SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir

Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planına əsasən növbəti tədbirlər Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında keçirilib.Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirildiyi tədbirlərdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıb, müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüb.