SİYASƏT


Bakıda Zəfər yürüşü keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində yürüş təşkil olunub. Zəfər yürüşü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.AZƏRTAC xəbər verir ki, Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.