SİYASƏT


Yaponiyanın “Youtube” kanalında Azərbaycanın Zəfər Günü ilə əlaqədar xüsusi veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycanın Zəfər Gününə həsr olunmuş xüsusi veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı “Sərhədləri aşanlar 3.0” kanalının baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ötən il sentyabrın 27-də başlanan və noyabrın 9-da möhtəşəm Qələbə ilə başa çatan Vətən müharibəsi haqqında məlumat veriblər.