SİYASƏT


Zəfər Günü münasibətilə Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitabın təqdimatı olub

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabının təqdimatı və Şuşaya həsr olunmuş fotosərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərin keçirildiyi Piazza Spagna Roma Tədbirlər Konqres Mərkəzinin binasının üzərində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” yazılmış və Şuşa qalasının fotoşəkli əks olunmuş böyük baner yerləşdirilib, bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.