SİYASƏT


Zəfər Günü xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsidir

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın Zəfər bayramı təntənə ilə qeyd edilib. Bayram tədbirində Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Milli Məclisin deputatları Soltan Məmmədov, Eldar Quliyev, Fransada fəaliyyət göstərən assosiasiyalarımızın rəhbərləri, diaspor fəalları iştirak ediblər.