Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

10.11.2021 [15:05]

Xəbərin mətni

Noyabrın 9-da Vyanada yerləşən Lixtenşteyn sarayında Zəfər Gününə həsr edilmiş rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI