Azərbaycanın Zəfər Günü Pakistan Milli Assambleyasında təntənəli şəkildə qeyd olunub
11.11.2021 [19:09]
Xəbərin mətni
Pakistan Milli Assambleyasında Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Pakistan Milli Assambleyasının spiker müavini Qasım Xan Suri, Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Murtaza Cavid Abbasi, Azərbaycan Respublikası Milli Məclsinin üzvü Mahir Abbaszadə, Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul və Pakistan Milli Assambleyasının üzvləri iştirak ediblər.