İDMAN


Azərbaycan millisi 2021-ci ildəki sonuncu oyununu heç-heçə ilə başa vurub

Futbol üzrə Azərbaycan millisi ilə Qətər yığması arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxıblar.