Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail Azərbaycanla aqrar sahədə əməkdaşlığa maraq göstərir

16.11.2021 [11:11]

Xəbərin mətni

Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İsrail Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi, İsrail İxrac İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.