İQTİSADİYYAT


Biləsuvarda açıq sahələrdə pomidor yığımı yekunlaşır

Biləsuvarda yetişdirilən italyan pomidor sortlarından bu il yüksək məhsuldarlıq əldə olunub. Hazırda təkrar əkin aparılan açıq sahələrdə pomidor mövsümü yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, may ayından başlayaraq təsərrüfat sahiblərinin açıq havada apardıqları nümunəvi becərmə işləri tarlalarda bol məhsulun yetişməsinə səbəb olub. Sahələrdə əkin zamanı əsasən yerli iqlim üçün əlverişli olan pomidor sortlarına üstünlük verilib.