Ağalıdakı “Ağıllı kənd”in bugünkü mənzərəsi
18.11.2021 [12:59]
Xəbərin mətni
Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış yurd yerlərimiz ən müasir texnologiyalara əsaslanan layihələr üzrə bərpa olunur. Belə yaşayış məntəqələrimizdən biri də Zəngilanın Ağalı kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevin iştirakı ilə aprelin 26-da təməli qoyulan ilk “Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir.